Azərbaycanlı rejissorun üç filmi İtaliyada uğur qazandı

Azərbaycanlı rejissorun üç filmi İtaliyada uğur qazandı

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı Hacı Zeynalabdin Tağıyev barədə bəhs edən “100 il şərəfli ömür”, “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri digər ölkələrin filmləri ilə mübarizə apararaq İtaliyanın Sardinya adasında “FIORENZO SERRA FILM FESTIVAL”da  nümayiş olunub, minlərlə film arasından seçilərək festivalın müsabiqə proqramına daxil edilib, sənədli filmlər kateqoriyasına seçiliblər. Noyabr ayının sonunda qaliblər müəyyən olunacaq və qaliblərə 3000 avro mükafat veriləcək.

Bu barədə filmlərin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.

“İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq üçün çəkilib və buna da nail olmuşuq”,- deyə Cəlaləddin Qasımov bildirib.

Rejissor deyib ki, “100 il şərəfli ömür” filminin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C. Qasımov deyib: “Hələ Bakı Dövlət Universitetdə oxuduğum illərdən başlayaraq bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

Onun sözlərinə görə, Azərbaycanda “SSP Production” tərəfindən cari ilin mart ayında istehsal olunan sənədli filmlər 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni xalq artisti Eldost Bayram oxuyub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*