Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Qrum sözçüsü bildirb ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və təbliğində müstəsna xidmətlərindən danışılacaq, onun hazırladığı və aparıcıllıq etdiyi verilişlərindən kadrlar nümayiş olunacaq və foto sərgi təqdim ediləcək.

Tədbir fevralın 18-də, saat 17:00 da Dövlət Film Fondunda keçiriləcək.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*