ANİMAFİLM müsabiqə proqramı elan edib

ANİMAFİLM müsabiqə proqramı elan edib

Birinci Bakı Beynəlxalq Animasiya festivalı – ANİMAFİLM-in seçim komissiyası festivalın müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edir.

Seçim komissiyasının qərarına əsasən müsabiqə proqramından “Ən yaxşı animasiyalı sosial çarx” və “Ən yaxşı animasiyalı reklam” kateqoriyaları çıxarılıb. Bu qərar həmin kateqoriyalara kifayət sayda filmlərin göndərilməməsi ilə bağlıdır.

“Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyasının qalibi ssenarilər üzrə beynəlxalq jüri tərkibi ilə müəyyən olunacaq və 19 oktyabr 2018-ci ildə – festivalın açılış mərasimində elan olunacaq. Qalibin ssenarisi festival kataloqunda dərc olunacaq və müəllifə imkan yaradılacaq ki, o, ssenarisini ictimaiyyətlə özü tanış etsin.

“Ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyalarının qalibi beynəlxalq jüri tərkibi ilə müəyyən olunacaq. Qaliblər 21 oktyabr 2018-ci ildə – festivalın bağlanış günündə elan olunacaq və sonra onların filmləri göstəriləcək.

Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)

Festivala göndərilmiş 480 filmdən, seçim komissiyası müsabiqədə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında iştiraka aşağıdakı filmləri seçib:

1. “SEA Marharita Tsikhanovich” Çex Respublikası / Belarus Respublikası;

2. “Overrun Pierre Ropars, Antonin Derory, Diane Thirault, Jérémie Cottard, Matthieu Druaud, Adrien Zumbihl” Fransa Respublikası;

3. “Empty View Ali Zare Ghanat Nowi” İran İslam Respublikası;

4. “Carlotta’s Face Valentin Riedl, Frédéric Schuld” Almaniya Federativ Respublikası;

5. “Catherine Britt Raes” Belçika Krallığı;

6. “Into the Spotlight Farida Ismailova and Aida Ismailova” Latviya Respublikası;

7. “MERCURIO Michele Bernardi” İtaliya Respublikası;

8. “Conversation Star Bazancir and Carl Hedsved” İsveç Krallığı;

9. “Peace carpet Ziba Arzhang” İran İslam Respublikası;

10. “Nevermind Burak Kum” Türkiyə Respublikası;

11. “Fruits of Clouds Kateřina Karchňáková” Çex Respublikası;

12. “A kak nashi kosmonavty” Galina Golubeva Rusiya Federasiyası;

13. “Krasnoludki Roman” Belarus Respublikası;

14. “Billie Maki Yoshikura” İngiltərə;

15. “Son Of The Sea Abbas Jalali Yekta” İran İslam Respublikası;

16. “Cabin Pressure Matthew Lee” İngiltərə;

17. “Late Afternoon Louise Bagnall” İrlandiya Respublikası;

18. “A priori Maïté Schmitt” Almaniya Federativ Respublikası;

19. “Tesura Jagriti Khirwar” ABŞ, Hindistan;

20. “Fopspeen Moving Pictures Diek Grobler” Cənubi Afrika Respublikası.

Ən yaxşı qısamüddətli Azərbaycan animasiya filmi

Festivala göndərilmiş 13 filmdən, seçim komissiyası müsabiqədə “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında iştiraka aşağıdakı filmləri seçib:

1. “Öz əlindədir” Sultan Abbasbəyli Azərbaycan;

2.”Milli cizgi filmlərimiz” Sultan Abbasbəyli Azərbaycan;

3. “Yuxu” Tural Məmmədzadə Azərbaycan;

4. “Nocturne” Firəngiz Qurbanova Azərbaycan;

5. “Continuity” Samir Salahov Azərbaycan;

Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari

Festivala göndərilmiş 15 ssenaridən, seçim komissiyası müsabiqədə “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” nominasiyasında iştiraka aşağıdakı filmləri seçib:

1. “The Nakhkesh” Zeynab Ghorbani Faryad İran İslam Respublikası;

2. “Snowman” Ali Bagheri Behboud, Mohammad Esmaeilpour İran İslam Respublikası;

3. “Black and White Haide Moradi” İran İslam Respublikası;

4. “Toxumun qayıdışı” Mirvari Ağakişiyeva Azərbaycan;

5. “Ov” Nəsibov Adil Bəhram oğlu Azərbaycan;

6. “Balaca keşikçi” Pərviz Məmmədov Azərbaycan;

7. “Pələhli ətəyində” Mir Qadir Haşimi İran İslam Respublikası;

Animafilm komandası bütün animasiya filmləri və ssenariləri müəlliflərini təbrik edir. Bakıda görüşənədək!

İnformasiya dəstəyi – Trend.az

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*