Oğul atasını öldürməzdən əvvəl qardaşını bıçaqladı

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.

Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*