Bakıda çay evində baş verən qətllə bağlı RƏSMİ

Bakıda çay evində baş verən qətllə bağlı RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Bakıda çay evində baş verən qətllə bağlı məlumata yayıb.

DİN-dən verilən məlumata görə, oktyabrın 17-də saat 7 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Ələkbərovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq ədbirlər həyata keçirilib.

Araşdırmalarla oktyabrın 16-da saat 22 radələrində həmin ünvanda yerləşən “Şərq” çay evində S.Ələkbərovla paytaxt sakini C.Abbasov arasında münaqişə baş verməsi və sonuncunun onu çaydanla vurmasından ölməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən C.Abbasov saxlanılıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*