Bakıda körpəsini zibil yeşiyinə atan qadının kimliyi bilindi (YENİLƏNİB)

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
Trend-in məlumatına görə, aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarında əks olunub.
XXX
saat - 09:09
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
İyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.
Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.
Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.