Ordubadda 20 il əvvəl qardaşın bacısını öldürüb həyətdə basdırdığı məlum olub
Naxçıvan Muxtar Respublikasında 20 il əvvəl qardaşın bacısını qətlə yetirib, meyitini basdırdığı məlum olub.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb, həyətyanı sahədə basdırması müəyyən edilib.
Məlumata görə, E. Tarverdiyev tutularaq istintaqa təhvil verilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
APA-nın əldə etdiyi xəbərə görə, Elman Tarverdiyev bacısının meyitini yaşadıqları evin ayaqyolunun quyusunda basdırıb.











