“Xocalıya ədalət, mərhəmət gərək!”

“Xocalıya ədalət, mərhəmət gərək!”

Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə elegiya həsr etmişdir.

Xocalıya ədalət, mərhəmət gərək!

Ağbirçək analar qana boyandı,

Körpə dodaqlarda gülüş dayandı.

Vətənin naləsi göyə ucaldı,

Ahlardan dağların başı ağardı.

 

İlahi! Zamanın dəhşətinə bax,

Xalqımın zülmünə, qismətinə bax.

Başa gətirilən müsibətə bax.

Göydən göz yaşı, kədər yağırdı.

 

Xocalı torpağı belə talandı,

Xocalı şəhəri qana boyandı,

Xocalı anası nalə çəkərək

Dünyanı haqqa, sülhə çağırdı.

 

İlahi dözərmi bu dərdə ürək?!

Xocalıya mərhəmət, ədalət gərək!

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*