DÜŞÜNDÜRƏN MƏSƏLƏLƏR – TARİXİ ABİDƏLƏRİN QEYDİYYATA ALINMAMASI TƏƏCCÜB DOĞURUR

DÜŞÜNDÜRƏN MƏSƏLƏLƏR – TARİXİ ABİDƏLƏRİN QEYDİYYATA ALINMAMASI TƏƏCCÜB DOĞURUR

Keçmiş Suraxanı kəndində (hazırda Yeni Suraxanı qəsəbəsi) Bakı milyonçusu olmuş Şıx Əlibəndə oğlu Balayevin ata mülkü var. Onu da qeyd edək ki, Şıx Balayevin atası Əlibəndə Bala oğlu 1876-cı ildə ikinci gildiya tacir olub. Həmin mülkün yerləşdiyi küçə hal-hazırda Xanlar Ələkbərov küçəsi adlanır və bu küçə XX əsrin əvvəllərində salınmışdır. Yaşlı sakinlərin dediklərinə görə bu küçə o dövrlərdə kəndin varlılar yaşayan küçəsi olub. Öyrəndik ki, Şıx Əlibəndə oğlu Balayev Suraxanının Xəlfə nəslinin nümayəndəsidir.

Hazırda Xanlar Ələkbərov küçəsində onlarla ailə yaşayır. Həmin küçənin sakinlərini bir məsələ narahat edir. Onlara məlumat verilib ki, bu küçədə olan evlər söküləcək. Sakinlərin istəkləri isə ondan ibarətdir ki, mülkün sökülməsi əvəzinə onun tarixi bir abidə kimi inventara alınması daha düzgün olardı.

XX əsrin əvvəllərində Bakı şəhərinin Suraxanı və Balaxanı kəndlərinin hər birində 4 “Nəşri-Maarif” məktəbi fəaliyyət göstərib. Həmin məktəblərdən biri indiyə kimi Yeni Suraxanı qəsəbəsində A. Rzayev küçəsi 23-də yerləşir. Bu bina hal-hazırda yaşayış evi kimi istifadə olunur. Həmin binanı 1911-ci ildə Vəlizadə Hacı Tərxan Cağa oğlu tikdirmişdir. Sakinlər həmin binanın da tarixi abidə kimi qeydiyyata alınmasını arzulayırlar.

Fərhad Əsgərov (Ramizoğlu),

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*