Ticarət müharibələri dünyaya trilyonlarla dollara başa gəlib

Ticarət müharibələri dünyaya trilyonlarla dollara başa gəlib

Ticarət müharibələri və digər proteksionist ölçülər dünyaya 10 trln. dollara başa gəlib.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, “Boston Consulting Group” şirkəti və HSBC investisiya bankının birgə proqnozuna əsasən, 2025-ci ilə qlobal ÜDM 10 trln. dollara yaxın azalacaq. Buna səbəb olacaq əsas faktor proteksionist ölçülərin nəticəsində azalan idxal göstərilir.

Qeyd edilir ki, müxtəlif ölkələr beynəlxalq ticarəti əngəlləyən baryerlərdən və digər maneələrdən imtina etməsələr, qlobal iqtisadiyyat önümüzdəki 5 il ərzində trilyonlarla dollar həcmində ölçülən itkilərlə qarşılaşacaq. Situasiyanı daha da pisləşdirən faktor isə COVID-19 pandemiyasının səbəb olduğu qlobal tənəzzüldür.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*