Rusiya Azərbaycan sərhədinədək avtomobil yolunu təmir edəcək

Rusiya Azərbaycan sərhədinədək avtomobil yolunu təmir edəcək

Rusiyanın “Qafqaz” magistralı ilə Stavropol şəhərini birləşdirən avtomobil yolunun bir hissəsinin təmiri bu il başlayacaq və 2021-ci ilin payızında başa çatacaq.

Bu barədə TASS “Qafqaz” Federal Avtomobil Yolları İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, “Qafqaz” R-217 magistral avtomobil yolunun Stavropola girişində yerləşən və “Tatarka” yaşayış məntəqəsindən yan keçən hissəsinin təmirinə bu ilin III rübündə başlanılacaq və gələn ilin III rübündə başa çatdırılacaq.

“Qafqaz” R-217 yolu Rusiyanın Krasnodar vilayətinin ərazisində başlayır və Azərbaycan Respublikası ilə sərhədə qədər davam edir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*