Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır

Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır

Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır.

Bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabad Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycan və Pakistan əczaçılıq sənayesinin inkişafı üçün böyük potensiala malikdir:

“Azərbaycan və Pakistan həmişə siyasi sahədə gözəl münasibətlərə malik olub. Amma ticari-iqtisadi əlaqələrə lazımi səviyyədə olmayıb. Ona görə də ticarət münasibətlərinin inkişafına diqqət vermək lazımdır. Bu, hər iki ölkənin iqtisadiyyatı üçün səmərəli nəticələr verəcək. Dünyada koronavirusun yayılması ölkələrimiz arasında ticarət fəallığının azalmasına səbəb oldu, amma pandemiyadan sonra ikitərəfli ticarətin artacağı gözlənilir”.

Öz növbəsində İslamabad Ticarət-Sənaye Palatasının rəhbəri Sərdar Yasir İlyas Xan bildirib ki, çoxsaylı keyfiyyətli Pakistan məhsulları, o cümlədən əczaçılıq preparatları, kosmetika, cərrahlıq alətləri, idman malları, yemək avadanlıqları, elektrik avadanlıqları, tekstil və dəri məmulatları,mebel, qida məhsulları, meyvə, düyü Azərbaycanda da istehlak olunur və bu, həmin məhsulların ixracının artmasına kömək edə bilər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*