Mikro və kiçik sahibkarların məhsulları “Baku Build 2019” Sərgisində nümayiş olunacaq

Mikro və kiçik sahibkarların məhsulları “Baku Build 2019” Sərgisində nümayiş olunacaq

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iqtisadiyyatın digər sektorlarında olduğu kimi tikinti və inşaat sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə də məhsul və xidmətlərinin daha geniş auditoriyaya təqdim edilməsi, satış imkanlarını genişləndirməsi və yeni biznes əlaqələri qurması üçün müxtəlif tədbirlərdə və sərgilərdə iştirakına dəstək göstərir.

KOBİA-nın dəstəyi ilə tikinti və inşaat sektorunda fəaliyyət göstərən KOB-lar 22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci Azərbaycan Beynəlxalq İnşaat (“Baku Build” 2019) Sərgisində iştirak edəcəklər. Sərgidə KOB-lar üçün ayrılmış xüsusi stenddə müxtəlif inşaat materialları, mühəndislik xidmətləri, istilik sistemləri, avtomatlaşdırılmış qapılar, ağıllı ev, təhlükəsizlik sistemləri, landşaft memarlığı və s. məhsul və xidmətlər nümayiş olunacaq.

KOBİA həmçinin, “Baku Build 2019” Sərgisinə dəstək göstərən qurumlar sırasındadır.

KOBİA mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif beynəlxalq sərgi və festivallarda iştirakına dəstək göstərir. 2018-ci ildən etibarən startaplar, mikro və kiçik sahibkarlar KOBİA-nın dəstəyi ilə Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Qida Sənayesi, Hədiyyələr və Promo Məhsulları, Təhsil və Karyera sərgilərində, “Organic Food Festivalı 2019″da və s. iştirak ediblər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*