Koronavirusa görə Azərbaycana gələn turistlərin sayı 3,3 dəfə azalıb

Koronavirusa görə Azərbaycana gələn turistlərin sayı 3,3 dəfə azalıb

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur.

Dövlət Sərhəd Xidmətindən Dövlət Statistika Komitəsinə verilən məlumata əsasən 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-avqust aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə ilə həyata keçirilib.

Bu dövrdə ölkəmizə gələnlərin 28,6 faizi Rusiya Federasiyası, 25,6 faizi Gürcüstan, 17,0 faizi Türkiyə, 7,8 faizi İran, 2,1 faizi Ukrayna, 1,9 faizi Hindistan, 1,8 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,2 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 77,9 faizini kişilər, 22,1 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Çindən gələnlərin sayı 11,7 dəfə, Cənubi Koreyadan – 10,6 dəfə, İsraildən – 7,9 dəfə, Polşadan – 7,6 dəfə, Yaponiyadan – 7,5 dəfə, İraqdan – 7,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,2 dəfə, Macarıstandan – 6,4 dəfə, Omandan və Birləşmiş Ərəb Əmirliklərindən – 6,0 dəfə, Kanadadan və ABŞ-dan – 5,7 dəfə, Fransadan – 5,5 dəfə, Qətərdən – 4,9 dəfə, Almaniyadan və Niderlanddan – 4,8 dəfə, Böyük Britaniyadan – 4,6 dəfə, Türkmənistandan – 4,5 dəfə, Qazaxıstandan – 4,2 dəfə, İtaliyadan – 4,1 dəfə azalmışdır.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,2 dəfə azalaraq 18,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 dəfə azalaraq 88,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 225,6 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi dəmir yolu və avtomobil, 29,1 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,6 dəfə azalaraq 1034,3 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 31,8 faizi İrana, 28,5 faizi Gürcüstana, 19,9 faizi Rusiya Federasiyasına, 11,7 faizi Türkiyəyə, 8,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,1 dəfə, Türkiyəyə gedənlərin sayı 3,6 dəfə, Gürcüstana gedənlərin sayı 3,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,2 dəfə azalmışdır.

2020-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 78,6 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*