Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

“Artıq 2 ildir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “İ2B – İdeyadan Biznesə” layihəsini həyata keçirir. Bu isə özlüyündə gənclərə böyük bir stimul verir. Nəticə olaraq da startapçılar bu gün sözügedən layihənin respublika final mərhələsində innovativ, maraqlı, dünya miqyasında öz sözünü deyəcək startaplar təqdim edirlər”.

Bunu “İ2B – İdeyadan Biznesə” layihəsinin final mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov deyib.

Elnar Əsədov bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 45 illik rəqəmsal təcrübəyə malik idarəsi olaraq “PayPort” startapına dəstək olacaqlar: “MHM olaraq Naxçıvan Muxtar Respublikasını təmsil edən “PayPort” startapını seçərək, bu layihəyə dəstək olacağıq”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*