Dünya Bankı pandemiya çərçivəsində inkişaf edən ölkələr üçün 12 mlrd. dollarlıq maliyyə paketini təsdiqləyib

Dünya Bankı pandemiya çərçivəsində inkişaf edən ölkələr üçün 12 mlrd. dollarlıq maliyyə paketini təsdiqləyib

Dünya Bankının İcraçı Direktorlar Şurası inkişaf etməkdə olan ölkələr üçün COVID-19 peyvəndləri və testlərinin alınması və paylanmasını maliyyələşdirmək məqsədilə 12 mlrd. ABŞ dolları həcmində maliyyə paketini təsdiqləyib.

Məlumata görə, sözügedən paket Dünya Bankı Qrupunun (WBG) inkişaf etməkdə olan ölkələrə COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq üçün 2021-ci ilin iyun ayında 160 mlrd. dollaradək olan ümumi paketinin bir hissəsidir. Paketin 111 ölkəni əhatə edəcəyi gözlənilir.

Bundan başqa, bu vəsaitlər həm də inkişaf etməkdə olan ölkələrin beynəlxalq tərəfdaşlarla razılaşdıraraq, vaksinlərin yayılmasına geniş miqyasda hazırlaşa bilməsi üçün maliyyə və texniki dəstək də verəcək. Tərəfdaşların siyahısına ÜST və COVAX daxildir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*