Cari ildə ölkəyə 122,8 milyon dollarlıq avtomobil gətirilib

Cari ildə ölkəyə 122,8 milyon dollarlıq avtomobil gətirilib

Yanvar-fevral aylarında Azərbaycana 122 milyon 892 ABŞ dolları dəyərində 11 min 547 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 64-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 10 min 717-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 741-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 25-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*