Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub

Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub

Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsul növləri məlum olub.

Məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6,0 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 9,9 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 5,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41,9 faiz, polietilen – 41,9 faiz, qara metallardan borular – 1,8 dəfə, bentonit gili – 11,0 faiz artmış, təzə meyvə ixracı isə 18,5 faiz, şəkər – 40,0 faiz, tütün – 25,8 faiz, çay – 1,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 57,4 faiz, pambıq lifi – 10,0 faiz, pambıq ipliyi – 28,2 faiz, emal olunmamış alüminium – 12,6 faiz, qara metallardan yarımfabrikatlar – 85,4 faiz azalıb.

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 14,5 faiz, bitki yağları – 3,9 faiz, xam şəkər və şəkər – 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 37,7 faiz, çay – 13,9 faiz, mal əti – 18,8 faiz, təzə tərəvəz – 27,5 faiz, minik avtomobilləri – 25,0 faiz, dərman vasitələri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 22,8 faiz, qara metallardan çubuqlar – 1,7 dəfə, məişət soyuducuları – 11,0 faiz artmış, buğda idxalı isə 33,5 faiz, kartof – 0,8 faiz, quş əti və onun əlavə məhsulları – 4,7 faiz, siqaretlər – 79,4 faiz, qara metallardan borular – 7,3 faiz, polad prokatı – 3,4 faiz, mineral gübrələr – 4,3 faiz, rezin şinlər – 20,5 faiz, məişət kondisionerləri – 30,6 faiz, mebellər – 20,5 faiz, yük avtomobilləri – 16,9 faiz, polietilen – 19,6 faiz, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 13,0 faiz, avtobuslar – 27,3 faiz, sement və sement klinkerləri – 24,9 faiz azalıb.
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*