Bakıda və regionlarda kreditləşmə artıb – Statistika

Bakıda və regionlarda kreditləşmə artıb – Statistika

2020-ci il noyabrın 1-dək Azərbaycanın paytaxtında və regionlarda bank kreditləşməsinin məbləği 14,41 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.

Trend bu barədə Mərkəzi Bankın statistik bülleteninə istinadən məlumat verir.

Hesabata əsasən, noyabrın əvvəlinədək Bakıda 11,5 milyard manat kredit verilib. Bu, regionlardan dörd dəfə çoxdur. Paytaxtda milli valyutada verilən kreditlərin həcmi 7,2 milyard manat (ümumi kredit həcminin 62,5 faizi) təşkil edib.

Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi bütün ölkədə 11,05 faiz, Bakıda 9,19 faiz təşkil edib.

Azərbaycanda regionlar üzrə kreditlərin paylanması (1 noyabr 2020-ci ilədək):

Kreditləşmə həcmi (min manat) Orta faiz dərəcəsi (faiz) Ümumi kredit həcmində payı, faiz
Azərbaycan 14 409 315 11,05 100
Bakı 11 517 126 9,19 79,9
İqtisadi rayonlar, o cümlədən: 2 892 189 20,1
Abşeron 484 096 15,42 3,4
Aran 736 558 21,37 5,1
Dağlıq Şirvan 68 030 21,95 0,5
Gəncə-Qazax 619 982 18,08 4,3
Quba-Xaçmaz 213 210 18,2 1,5
Lənkəran 261 016 20,59 1,8
Şəki-Zaqatala 244 876 15,64 1,7
Yuxarı Qarabağ 59 414 23,49 0,4
Kəlbəcər-Laçın 0 0 0
Naxçıvan 205 008 14,58 1,4
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*