Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Bu ilin sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 238,6 min nəfər olub, onlardan 4 884,7 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,91% artıb, məşğul əhalinin sayı isə 1,11% azalıb.

Cari il avqustun 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 647,1 min nәfәr çalışıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*