Azərbaycan ötən il ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan ötən il ən çox İtaliyaya məhsul göndərib

Keçən il Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 2019-cu ildə ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 5 milyard 638,6 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 862,6 milyon dollar, İsrailə isə 1 milyard 331,6 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 6 milyard dollar, Türkiyə ilə 4 milyard 509,4 milyon dollar, Rusiya ilə 3 milyard 22 milyon dollar təşkil edib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*