Azərbaycan neftinin qiyməti 55 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 55 dollara yaxınlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 6-da 54,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 54,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,95 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 54,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*