Asiya İnfrastruktur İnvestisiya Bankının illik iclası videokonfrans formatında keçiriləcək

Asiya İnfrastruktur İnvestisiya Bankının illik iclası videokonfrans formatında keçiriləcək

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 5-ci illik iclası COVID-19 pandemiyası səbəbindən iyulun 28-29-da videokonfrans formatında keçiriləcək.

AZƏRTAC AİİB-in Pekindəki mənzil-qərargahının məlumatına istinadla xəbər verir ki, bankın Rəhbərlər və Direktorlar şuralarının üzvləri, ekspertlər müxtəlif bölmə iclaslarında üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin və bazarların daha sıx əlaqələndirilməsinin vacibliyinə, yaşıl iqtisadiyyatın qurulmasına, rəqəmsal uçurumun aradan qaldırılmasına və digər mövzulara dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 87 layihəyə ümumilikdə 19,6 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*