Beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri açıqlanıb
“Caspian Energy Club”ın təşkil etdiyi, AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı, “Social Lab” agentliyinin isə rəqəmsal tərəfdaşlığı ilə keçirilən beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın cari ildə 50 ən tanınan brendi müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev müsabiqədə 200 milli korporativ, xidməti və məhsul brendinin iştirak etdiyini deyib. Bildirib ki, səsvermədə müxtəlif ölkələrdən 6500-dək respondent iştirak edib. Səsvermə zamanı şəffaflıq qorunub, belə ki, bir cihazdan yalnız bir dəfə səs vermək mümkün olub.
“Brand Award Azerbaijan” milli müsabiqəsi nəticəsində milli brendlərin geniş auditoriyalara çatdırılması və inkişafına nail olduq. Kiçik və orta biznes subyektlərinin tanınmasına şərait yarandı. Bununla yanaşı, müxtəlif şirkətlər öz rəqəmsal marketinq siyasətində yeniliklər tətbiq etdi, veb-saytlarını və məlumatlarını yenilədi, rebrendinq keçirdi və bu da onların məhsul və xidmətlərinin tanınmasına səbəb oldu. Bu “Brand Award Azerbaijan” layihəsinin əsas nailiyyətlərindən biridir. Bütün iştirak etmiş brendlərə təşəkkürümüzü bildiririk”, – deyə o bildirib.
T.Əliyev vurğulayıb ki, “Brand Award Azerbaijan” və “Brand Award” ticarət nişanları dünyanın 50 ölkəsində “Caspian Energy Club”a məxsusdur. İlin sonunadək “Brand Award Turkey” və “Brand Award International” müsabiqələri də keçiriləcək.
Qeyd edək ki, “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də var.
“Brand Award Azerbaijan” milli müsabiqəsinin qaliblərinin tam siyahısını təqdim edirik:
1. Azərbaycan Beynəlxalq Bankı
2. “Azerçay”
3. “Sun Paper”
4. “Azpetrol”
5. “Azəriqaz” İB
6. “Bizim Tarla”
7. “Azərsüd”
8. “Azərduz”
9. “Azərşəkər”
10. “Aura”
11. “Azersun Holding”
12. “Atena”
13. “Berqa”
14. “Bizim Sufre”
15. “PASHA Insurance”
16. “SOCAR Polymer”
17. “AzGranata”
18. “Azərişıq” ASC
19. “Final”
20. “Səba”
21. Azərbaycan Hava Yolları (AZAL)
22. SOCAR KQİT
23. “Çörəkçi”
24. “International Consulting Company”
25. “Vita 1000”
26. DOST Agentliyi
27. “Super Sun”
28. “Bolmart”
29. “CinemaPlus”
30. “Zeytun Bağları”
31. “IBA Mobile”
32. “Shokki Mokki”
33. “Grandmart”
34. “Bizon”
35. “Sobsan”
36. “IBA Innovation”
37. “Buta Airways”
38. “Iceland” dondurmaları
39. “Tam Kart”
40. “AzerTelecom”
41. AZƏRTAC
42. “Doymak”
43. “Sultan”
44. “Mr.Fix”
45. “Sağlam Ailə”
46. “Corella”
47. ABAD
48. “Təmiz Qaz”
49. “Delta Group”
50. “Gazelli Group”
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.