Dörd ayda ölkəyə elektriklə işləyən 2829 nəqliyyat vasitəsi gətirilib
Yanvar-aprel aylarında ölkəyə 2829 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu nəqliyyat vasitələrindən 2805-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 24-ü isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.