Yaxın zamanlarda bütün "MilliÖn" terminalları yeni əskinaslara uyğunlaşdırılacaq
Yaxın zamanlarda bütün "MilliÖn" kartomatlarında yeni əskinaslarla "BakıKart" nəqliyyat kartlarının doldurulması xidməti işə salınacaq.
Bunu "MilliÖn"ün abunə şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, "MilliÖn" "BakıKart"la birgə terminalların proqram təminatının yenilənməsi üzrə iş aparır:
"Yenilənmədən, bir sıra xidmətlərin təkmilləşdirilməsindən sonra bütün mövcud terminallarda gediş kartlarının yeni əskinaslarla doldurulması mümkün olacaq".
O qeyd edib ki, hazırda yeni əskinasların qəbulu Bakıda avtobus dayanacaqlarında yerləşən 150 terminalda mümkündür:
"Market və digər obyektlərdə yerləşən terminalların proqram təminatının yenilənməsi üzrə işlər davam edir".