“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub
Sentyabr 27-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə
Şurasının növbəti iclası keçirilib.
QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı
formatında keçirilən iclasda “AzerGold” QSC-nin hasilat və ixrac hədəfləri, inkişaf
strategiyası, mənfəətliyinin artırılması, xarici ölkələrə genişlənmə siyasəti və digər mövzular
ətrafında müzakirələr aparılıb.
Həmçinin iclasda Qarabağ və Şərqi Zəngəzurda əlvan metal filizi yataqları ilə bağlı
geoloji tədqiqatların genişləndirilməsi, Orta Asiya və digər ölkələrdə birgə mədən
layihələrin icrası ilə bağlı məsələlərdən danışılıb.
Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən daxili zərgərlik bazarının inkişafı,
şəffaflaşdırılması istiqamətində tədbirlərə “AzerGold” QSC-nin verdiyi töhfələr qeyd edilib,
bu istiqamətdə icrası nəzərdə tutulan əlavə tədbirlərdən söz açılıb. Eyni zamanda
“AzerGold” QSC-nin yerli pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə və külçələrin
satışı ilə bağlı yeni qiymət siyasəti, yeni növ qızıl məshulların müasir texnologiyalar
əsasında istehsalı imkanları müzakirə olunub.
İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından
irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən cari
il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, yuxarıda qeyd olunan
məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.