“Nar” abunəçiləri parkinq xidmətini SMS ilə ödəyə biləcək
İndi “Nar” abunəçiləri heç bir parkinq ödəmə cihazından istifadə etmədən, sadəcə SMS ilə parklanma
üçün nəzərdə tutulmuş ərazilərdə avtomobillərini mimimum 30 qəpikdən başlayan ödənişlə park edə
bilər.
Parkinq üçün uyğun yer tapdıqdan sonra xidmətdən istifadəyə başlamaq çox sədədir. Ardıcıllığa əməl
etməklə, avtomobilin qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsini və parklanma yerini
(Məsələn: 10XX000 – 10001 – 1) yazıb 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını
başladırsınız. Parkinqdən çıxarkən isə “SON” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək lazımdır. Bu
zaman parkinqdən istifadə müddətiniz hesablanacaq və ödəniş məbləği “Nar”ın öncədən ödənişli
tarifində olan abunəçilərin balansından avtomatik çıxılacaq. Korporativ müştərilər isə AzParking tətbiqi
üzərindən müxtəlif üsullarla ödənişi həyata keçirə bilərlər . Ətraflı məlumat üçün nar.az/parkinq
səhifəsinə daxil ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.