“Nar” ana dilinin inkişafına töhfə verməyə davam edir
Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş natiqlik çempionatı başa çatıb. "Diksiya
Akademiyası"nın təşəbbüsü, “Nar”ın və “ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə keçirilən layihənin əsas
məqsədi gənclərin özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək, onları Azərbaycan dilində səlis danışmağa
sövq etməkdir.
Çempionat 3 tur və final mərhələsindən ibarət olmaqla 250-dən çox natiqi bir araya gətirib. Final mərhələsində
iştirak haqqı qazanan 10 iştirakçı qalib gəlmək üçün səhnədə beş dəqiqəlik çıxışlarını təqdim ediblər. "Ana
dilində hekayəni danış" natiqlik çempionatının qalibi öz xüsusi nitq istedadı ilə fərqlənən Elza Hacıyeva olub,
layihədə 2-ci yerin sahibi Murad Hüseynli, 3-cü yerin sahibi isə Türkan Bədəlova seçilərək “Nar” tərəfindən
xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Dilin nəsillər arasında körpü və mədəni ifadə vasitəsi kimi gücünə inanan “Nar” ana dilimizin inkişafına
yönəlik layihələri dəstəkləməklə Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və təbliğinə töhfə verir,
eyni zamanda gələcək nəslə ünsiyyətdə və özünüifadədə üstün olmağa imkan yaradır. Mobil operatorun
korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat
əldə edə bilərsiniz.