Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
Mobil operator Nar musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə start verir. Məşhur "Darvish
Band" ilə birgə ərsəyə gələn müsabiqələr Nar abunəçiləri üçün dinamik yay vəd etməklə yanaşı,
texnologiyanın gücünü və musiqiyə olan həvəsi bir araya gətirmək məqsədi daşıyır.
Gənclərin dinamik musiqi zövqünə ortaq olan Nar, abunəçiləri üçün əyləncə dolu müsabiqələrdə iştirak
edərək dəyərli hədiyyələr qazanmaq şansı yaradır. Hədiyyəli müsabiqələrdən birincisində gənclər enerji
dolu həyat tərzlərinə uyğun olaraq seçilmiş Samsung Galaxy Tab, Apple Watch və JBL qulaqlıqları əldə
edəcəklər.
Yay boyunca Nar abunəçiləri növbəti müsabiqələrdə daha da dəyərli hədiyyələr qazanmağa davam
edəcəklər. Qarşıdan gələn müsabiqələr haqqında ən tez xəbər tutmaq üçün Narın sosial media səhifələrini
(Facebook, Instagram, Twitter) izləməyə davam edin.
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son
4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.