Nar Cəlilabad Festivalında iştirak etdi!

Azərbaycanın bölgələrinə xüsusi önəm verən mobil operator Nar bu dəfə Cəlilabad Festivalında iştirak
etdi. Mobil operator festival iştirakçılarına xüsusi Nar çadırında əyləncə ilə yanaşı, mobil nömrə satışı və
müştəri xidmətləri imkanı da təqdim etdi.
Nar çadırındakı 360 dərəcəli video çəkiliş ziyarətçilərin böyük marağına səbəb oldu. Mobil operatordan
nömrə əldə edən, mobil cihazında “Nar+” tətbiqini istifadə edən və Nar haqqında suallara doğru cavab
verən ziyarətçilər dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Qeyd edək ki, mobil operator Nar, həyata keçirdiyi layihələrlə Azərbaycanın bölgələrinə xüsusi diqqət
ayırır. Bölgələrdəki yeni konseptli Nar mağazaları ilə daha üstün xidmət gətirir, təqaüd və təlim
proqramları ilə təhsil imkanlarını genişləndirir və eləcə də yüksək sürətli interneti bölgələr üçün əlçatan
edir.
Nar-ın həyata keçirdiyi layihələr haqqında ətraflı nar.az/projects səhifəsində məlumat əldə edə bilərsiniz.
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son
4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.