“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in 21-ci mövsümü davam edir
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 21-ci mövsümü başlayıb. Yeni mövsümdə 9
region və 7 universiteti təmsil edən 20 komandanın iştirak etdiyi yarışı hər həftənin bazar günü saat
18:20-də İctimai Televiziyada yayımlanacaq.
Bu mövsümdən tətbiq edilən yeni qaydalara görə, həftənin qalibləri ayın final görüşündə üz-üzə
gələcəklər. Ümumilikdə isə ayın qalibləri “Nar” kuboku uğurunda mübarizəyə qoşula biləcək. İlin
sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu
titulu uğrunda yarışır.
Qeyd edək ki, ölkənin intellektual inkişafına dəstəyinin ifadəsi olaraq, “Nar” artıq 11 ildir ki, “Breyn
Rinq” yarışını dəstəkləməyə davam edir. Mobil operatorun dəstəklədiyi digər sosial layihələr haqqında
ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün
xidmət təqdim edir.