“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır
Nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi önəm verən “Nar”, “Təlim
Məktəbi” layihəsi çərçivəsində 20 xanıma manikür peşəsi üzrə təlimlər təşkil edib. Təlimləri uğurla
başa çatdıran xanımlar peşə üzrə sertifikatlarla təmin olunub, eyni zamanda mobil operator onlara öz
kiçik bizneslərinə başlamaq üçün lazımi manikür avadanlığı dəstləri də hədiyyə edib. Layihənin əsas
məqsədi də məhz iştirakçıların maliyyə azadlığını təmin etmək və onları öz ayaqları üzərində dura bilən
fərdlər olaraq cəmiyyətə qazandırmaqdır.
Əksər iştirakçılar artıq bu sahə üzrə əmək fəaliyyətinə də başlayıblar. Bu müsbət tendensiyanın
cəmiyyətə faydasına diqqət çəkən “Nar”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov
bildirib:“Mobil operator olaraq, əsas məqsədimiz insanların daima ünisyyətdə qalmalarına dəstək
olmaqdır. Bu baxımdan eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstək Korporativ Sosial Məsuliyyət
strategiyamızın əsas hissəni təşkil edir. Uzun illərdir ki, Nar bu insanların yeni peşələrə sahib olmaları,
yeni biliklərin əldə edilməsi və əlbəttə ki, maliyyə azadlıqlarının təmin edilməsi üçün önəmli addımlar
atır. Bu layihələri hər zaman davam etdirmək fikrindəyik”.
“Təlim Məktəbi” “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr
Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib
olub. Mobil operatorun gerçəkləşdirdiyi digər sosial layihələr barədə ətraflı buradan məlumat əldə edə
bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün
xidmət təqdim edir.