Süni intellekt sahəsində beynəlxalq konfrans təşkil olunacaq
Aprelin 26-dan 28-dək süni intellekt və maşın öyrənməsi kimi yeni nəsil texnologiyaların tətbiqi və təcrübə mübadiləsinin aparılması istiqamətində beynəlxalq səviyyəli onlayn konfrans təşkil ediləcək.
Tədbirdə 10 ölkəni təmsil edən 50-dən çox beynəlxalq mütəxəssis süni intellekt və maşın öyrənməsi sahəsində geniş təqdimatlarla çıxış edəcək, auditoriyanı maraqlandıran sualları cavablandıracaqlar.
Tədbir çərçivəsində, həmçinin “kaggle” yarışması təşkil olunacaq, qaliblər mükafatlandırılacaq.