“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
2 fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının "ReBrend" Forumu
keçirilib. 110 nəfər gənc lideri özündə birləşdirən tədbirin məqsədi TGT-lər üçün optimal PR
həlləri və bu sahədəki zəngin təcrübəni paylaşmaq olub. Peşəkarların öz təcrübələrini bölüşdüyü
tədbirdə “Nar"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov “Müasir dövrün
çağırışlarına cavab verən PR strategiyaları" mövzusunda çıxış edərək gəncləri maraqlandıran
sualları cavalandırıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən forumda mütəxəssislərin
vörkşoplarından əlavə, gənc liderlərə müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edilib.
Qeyd edək ki, ölkənin maariflənməsinə hər zaman öz töhfəsini verən “Nar” təhsil və inkişafa
yönəlik layihələr həyata keçirir. Bu layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli
qiymət qarşılığında üstün xidmət təqdim edir.