Azərbaycanda peyk xidmətlərindən istifadə artıb
2019-2022-ci illəri əhatə edən dövlət proqramının yekunlarına əsasən, “Azərkosmos” ASC yerli dövlət qurumları və təhsil müəssisələri ilə birgə peyk görüntülərindən istifadə etməklə 400-dən çox layihə həyata keçirib.
Bunu jurnalistlərə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Onun sözlərinə görə, ümumilikdə 137 layihə elmi təqdimatlara həsr olunub.