Azərbaycanda yeni pullu yolla bağlı RƏSMİ AÇIQLAMA

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviasiya hadisələri barədə məcburi və könüllü verilməli olan məlumatların vahid sistemini yaradacaq.
Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanun layihəsində əks olunub.
Sənədə əsasən, uçuşların təhlükəsizliyinin təmin olunmasında mövcud və ya potensial nöqsanlar barədə məlumatların toplanmasını asanlaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aviasiya hadisələri barədə məcburi və könüllü verilməli olan məlumatların vahid sistemini yaratmalıdır.