“Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir

“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 22-ci mövsümü başlayır. Yeni
mövsümdə 9 region və 7 universiteti təmsil edən 19 komanda “Bilik” kuboku uğrunda
mübarizə aparacaq. Yarışı hər həftənin bazar günü saat 17:00-da İctimai Televiziyada izləmək
mümkündür.
Qaydalara görə, il əzrində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Nar” Kuboku, 2-ci
mövsümdə isə “Bilik” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə hər kubokun qalibi, yəni 2
komanda Azərbaycan çempionu titulu uğrunda yarışır. İndiki mövsümdə “Bilik” Kubokunun
qalibi bu titul uğrunda “Birbank” komandası ilə mübarizə aparacaq.
Qeyd edək ki, elm və təhsilə dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyalarının əsas
istiqamətlərindən biridir. Mobil operatorun gerçəkləşdirdiyi digər KSM layihələri haqqında
nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.