Azərbaycan bu il 26 ölkəyə 18 mln. tona yaxın neft ixrac edib - REYTİNQ
Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 5 291 416,25 min ABŞ dolları dəyərində 7 037 650,87 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.
Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 1 177 966,64 min dollar dəyərində 1 632 481,35 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-avqust aylarında bu ölkəyə 1 341 651,25 min dollar dəyərində 1 599 696,16 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 26 ölkəyə 13 724 349,31 min dollarlıq 17 983 700,5 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın 2022-ci ilin yanvar-avqust aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin miqdarına görə) təqdim edir:
# | Ölkələr | Miqdar, ton | Məbləğ, min $ |
- | Cəmi | 17 983 700,5 | 13 724 349,31 |
1 | İtaliya | 7 037 650,87 | 5 291 416,25 |
2 | İsrail | 1 632 481,35 | 1 177 966,64 |
3 | Hindistan | 1 599 696,16 | 1 341 651,25 |
4 | Böyük Britaniya | 926 011,63 | 752 508,07 |
5 | Portuqaliya | 742 648,16 | 546 904,66 |
6 | Çexiya | 731 704,74 | 586 135,51 |
7 | Xorvatiya | 685 431,76 | 596 142,4 |
8 | İspaniya | 560 069,44 | 426 066,35 |
9 | Tunis | 542 863,82 | 408 414,73 |
10 | Ukrayna | 506 359,3 | 304 578,84 |
11 | Tailand | 368 473,28 | 231 496,55 |
12 | Almaniya | 351 003,97 | 258 524,91 |
13 | Türkiyə | 308 085,5 | 173 586,75 |
14 | Vyetnam | 276 344,26 | 247 778,02 |
15 | İrlandiya | 265 248,58 | 203 671,24 |
16 | İsveçrə | 264 864,95 | 232 002,72 |
17 | Rumıniya | 260 163,26 | 189 579,67 |
18 | İndoneziya | 255 406,53 | 220 912,11 |
19 | Avstraliya | 156 418 | 138 977,88 |
20 | Tayvan (Çinin əyaləti) | 138 543,45 | 115 684,58 |
21 | Avstriya | 134 447,2 | 90 016,75 |
22 | Yunanıstan | 107 960,14 | 88 921,01 |
23 | Belarus | 84 893,31 | 57 590,07 |
24 | Fransa | 46 300,13 | 43 447,48 |
25 | Rusiya | 629,03 | 373,42 |
26 | Gürcüstan | 1,7 | 1,44 |