Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb
Azərbaycanda mobil telefon abunəçilərinin sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci illə müqayisədə) 4,6% artaraq cari ilin yanvarın 1-nə 10 817,1 min nəfər təşkil edib.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, ötən ilin sonuna əhalinin hər 100 nəfərinə 108 mobil telefon abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 4 nəfər üstələyir.
Qeyd edək ki, 2020-ci ildə ölkə üzrə mobil telefon abunəçilərinin sayı 10 344,3 min olub, nüfuz dərəcəsi isə 104% təşkil edib.