Azərbaycandan Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılacaq
Avqust ayında Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Türkiyəyə nəqli qaz kəmərinə texniki xidmət göstərilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılacaq.
“APA-Economics” “BOTAŞ”ın yaydığı məlumata istinadən xəbər verir ki, avqustun 14-dən 28-dək Şahdəniz-Türkiyə qaz kəmərində aparılacaq planlı texniki xidmət və təmir işləri ilə əlaqədar Türkgözü giriş məntəqəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qazın verilməsi 14 gün ərzində mümkün olmayacaq.