Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi bir milyard dollaradək çata bilər
2022-ci ilin birinci rübündə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi üç dəfə artıb.
Bunu Qazaxıstanın "QazTrade" şirkətinin baş direktoru Azamat Askarulı Qazaxıstan istehsalçılarının biznes missiyası çərçivəsində deyib.
Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında ölkələr arasında ticarət dövriyyəsi 100 milyon dollara çatıb.
"Əminəm ki, ilin sonunadək bu göstərici 500 milyon dollara, perspektivdə isə bir milyard dollaradək çata bilər", - deyə o bildirib.