SOCAR dənizdə çalışan 80-dən çox neftçini təxliyə edib
Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
“Dənizdə çalışan 82 əməkdaşımız təxliyə olunub və hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaq”, - İ. Əhmədov bildirib.