Balaxanı Sənaye Parkında LED lampalar istehsal ediləcək
Balaxanı Sənaye Parkında LED lampalar istehsal ediləcək.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, layihənin ümumi investisiya dəyəri 1 mln. manata yaxındır. 1000 m2 istehsalat sahəsinə malik olan müəssisədə il ərzində 5,4 mln. ədəd LED lampaların istehsalını nəzərdə tutur.
Qeyd edək ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.