Pakistan Azərbaycana manqo ixracını planlaşdırır
Ümid edirik ki, yaxın zamanlarda Pakistan manqosu Azərbaycan bazarında əlçatan olacaq.
Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Bakıda keçirilən Pakistan Manqo Festivalında deyib.
Səfir bildirib ki, manqo Pakistan mədəniyyətinin, folklorunun bir parçasına çevrilib: “Ölkəmiz manqo ixrac edən ölkələr arasında liderdir”.
O bildirib ki, Cənubi Asiya manqoları ölkənin Cənubi Pəncab regionunda yetişir:
"Pakistanda manqoların 100-dən çox növü yetişir və bu gün festivalda bir neçə növ təqdim olunur və ümid edirik ki, gələcəkdə pakistanlı iş adamları geniş çeşidi Azərbaycan bazarına gətirəcək”.