Azərbaycan sığorta sektorunun zərərliyi artıb- RENKİNQ
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 452,366 mln. manat məbləğində sığorta haqqı toplanılıb və 248,2 mln. manat həcmində ödəniş olunub.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,3% və 31,8% çoxdur. Beləliklə, sektor üzrə ümumi zərərlilik nisbəti 54,9% olub. Bu o deməkdir ki, sığorta sektorunda toplanan sığorta haqlarının 54,9%-i həcmində sığorta ödənişi şirkətlər tərəfindən həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz bəndi çoxdur.
"APA-Economics" sığorta şirkətlərinin 2021-ci ilin ilk yarısınının zərərlilik üzrə renkinqini hazırlayıb:
# | Şirkət | Yığımlar | Ödənişlər | Zərərlilik | Dinamika, f.b. |
min manatla | |||||
1 | Aqrar Sığorta | 1 874 | 0 | 0% | - |
2 | Meqa Həyat Sığorta | 236 | 0 | 0% | - |
3 | Xalq Həyat | 2 474 | 83 | 3,4% | - |
4 | Qala Sığorta | 24 310 | 2 610 | 10,7% | 2,8 |
5 | Naxçıvansığorta | 1 026 | 138 | 13,5% | 12,8 |
6 | Meqa Sığorta | 14 020 | 2 135 | 15,2% | -1,4 |
7 | Bakı Sığorta | 2 233 | 343 | 15,4% | -1,1 |
8 | İpək Yolu Sığorta | 7 303 | 1 191 | 16,3% | -4,7 |
9 | Qala Həyati | 7 710 | 1 332 | 17,3% | -8,5 |
10 | Azərbaycan Sənaye Sığorta | 7 335 | 1 884 | 25,7% | 7,5 |
11 | Paşa Sığorta | 105 766 | 29 825 | 28,2% | -3,4 |
12 | Günay Sığorta | 5 305 | 1 790 | 33,7% | 6,7 |
13 | Atəşgah | 11 355 | 5 335 | 47% | -17,6 |
14 | AtaSığorta | 6 768 | 3 971 | 58,7% | -6,7 |
15 | A-Qroup Sığorta Şirkəti | 7 949 | 5 478 | 68,9% | -7,5 |
16 | AzSığorta | 5 680 | 4 123 | 72,6% | 31,6 |
17 | Paşa Həyat Sığorta | 159 565 | 120 864 | 75,8% | 6,8 |
18 | Xalq Sığorta | 13 040 | 10 318 | 79,1% | 17,5 |
19 | Atəşgah Həyat | 23 708 | 19 239 | 81,2% | 4,9 |
20 | Azərsığorta | 44 709 | 37 538 | 84% | 66,3 |