Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır
Bu gün Bakıda Gəncə Avtomobil Zavodu ("GəncAz") və Rusiyanın "KamAZ" şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Məlumata görə, sənəd Azərbaycanda müştərilərə "KamAZ" avtomobilləri və qoşquların lizinq şərtləri ilə təklifi üçün birgə müəssisənin yaradılmasını (lizinq şirkəti) nəzərdə tutur.
Sənədi "GənAz"ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin imzalayıblar.