Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları da təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları da təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, daha öncə eyni səbəbdən basketbol üzrə Azərbaycan çempionatı da dayandırılıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*