“Real” kapitanını itirib

“Real” kapitanını itirib

İspaniya La Liqasının XXX turunda “Real Sosyedad” üzərində qələbə qazanan “Real” (2:1) itki ilə üzləşib.

Məlumata görə, kapitan Serxio Ramos sıradan çıxıb.

Qarşılaşmada penalti qolu ilə hesabı açan mərkəz müdafiəçisi bir qədər sonra rəqib oyunçu Aleksandr İsakla toqquşaraq zədə alıb və 60-cı dəqiqədə əvəzlənib. 34 yaşlı oyunçunun durumu hələlik qeyri-müəyyəndir.

 

Yeri gəlmişkən, Ramos La Liqada 445-ci qələbəsini qazanıb və bu saya görə “Barselona”nın sabiq qapıçısı Andoni Zubisarretanı geridə qoyaraq, 5-ci pilləyə yüksəlib. O, qələbə sayında yalnız Andres İnyesta (459), İker Kasilyas (463), Xavi Ernandes (482) və Lionel Messidən (507) geri qalır.

Qeyd edək ki, qələbə sayəsində “Real” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*