Qurban Qurbanov: “Arsenal”la oyun bizim üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Arsenal”la oyun bizim üçün böyük təcrübə oldu”

“Arsenal”la oyun bizim üçün böyük təcrübə oldu”.

Bunu UEFA Avropa Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Arsenal” oyunundan (0:3) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov qeyd edib: “Məğlub olsaq da, bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi”.

Baş məşqçi futbolçularına təşəkkürünü bildirib: “Azarkeşlərimizə də “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçün böyük təcrübə oldu”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*